Məşhur aktrisa atdan yıxılıb əməliyyat olundu - VİDEO

Məşhur aktrisa atdan yıxılıb əməliyyat olundu - VİDEO

Məşhur aktrisa Uma Turman məşq zamanı atdan yıxılaraq bir neçə sümüyünü sındırıb. Lent.az-ın anspress-ə istinadən məlumatına görə, aktrisa dərhal xəstəxanaya aparalıb. Uma Turman əməliyyat olunub. Bundan sonra onun vəziyyəti stabilləşib.

Aktrisanın təmsilçiləri bildiriblər ki, U.Turman atın üzərində məşq edib. “Aktrisa atın üzərindən yıxılıb. At nədənsə qorxub".

U.Turman bir neçə dəfə “Oskar” mükafatına namizəd olunub. Lakin aktrisa 1 dəfə “Qızıl Qlobus”un və MTV Movie Awards mükafatının qalibi ola bilib.

2005-ci ildə Turman Hollivudun ən çox qazanan aktrisalarından biri olmuşdu. Hər filmə görə 12,5 milyon dollar qazanıb.

2005-ci ildə "Lovğalan" (“Be Cool”), "Baş nazir" (“Prime”) və "Produserlər" kimi filmlərdə rol alıb.

Növbəti il "Mənim möhtəşəm keçmiş sevgilim" (“My Super Ex-Girlfriend”) filmində çəkilib. Aktrisanı məşhurlaşdıran film “Kriminal qiraət” və “Bili öldürmək” olub.

0
7