Tovuzda 27 yaşlı qadın itkin düşüb – FOTO

Tovuzda 27 yaşlı qadın itkin düşüb – FOTO

Aytəkin Quliyeva 8 gün əvvəl evdən çıxıb.

Tovuz rayonunda 27 yaşlı qadın itkin düşüb. 

Oxu.Az Report-a istinadən xəbər verir ki, Aytəkin Quliyeva 8 gün əvvəl evdən çıxıb. 

Belə ki, Tovuz rayonunun Əlimərdanlı kəndində doğulan qadın 6 il əvvəl Aşağı Öysüzlü kəndinə gəlin köçüb və 2 övladı var.

A.Quliyevanın itkin düşməsinin səbəbləri məlum deyil. 

Hadisə ilə bağlı Tovuz Rayon Polis Şöbəsinə də müraciət edilib. Hazırda qadının axtarışları davam edir. 

Onu görənlərdən (051) 764 24 64 (atası Məzahir) nömrəli telefona məlumat vermələri xahiş edilir.

0
9