Rihanna səhnədə ağladı - FOTO

Rihanna səhnədə ağladı - FOTO

Onu dinləməyə gələnlər nə baş verdiyini anlamağa çalışıblar.

Müğənni Rihannanın dünən Dublində verdiyi konsert zamanı səhnədə ağlamağı pərəstişkarlarının narahatlığına səbəb olub. 

Oxu.Az xəbər verir ki, o, “Love the way you lie” mahnısını ifa edən zaman göz yaşlarını saxlaya bilməyib. Tamaşaçılar onun həyatında faciə baş verdiyini düşünərək narahat olublar.

Rihannanın sosial şəbəkədəki səhifəsində dərhal bununla bağlı suallar peyda olub. Milyonların sevimlisi olan müğəninin nə üçün kədərləndiyi hamını maraqlandırıb. Amma müğənni həmişəki kimi sualları cavabsız qoyub. O, pərəstişkarlarına var olduqları üçün təşəkkür edib. 

Aytən Sadıqzadə

0
17