Bakıda mənzil oğruları saxlanılıb

Bakıda mənzil oğruları saxlanılıb

Daxili İşlər Nazirliyi məlumat yaydı.

Bakı şəhərində mənzillərdən oğurluq edən şəxslər saxlanılıb.

Oxu.Az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, iyunun 21-nə keçən gecə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yaşayan Vahid Məmmədovun evindən pəncərədən girmək yolu ilə oğurluğa cəhd göstərilib.

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş qəsəbə sakini Ruslan Hüseynov tutulub. Aparılmış əməliyyat tədbirləri ilə onun qardaşı Ələkbər, Bakı şəhər sakinləri Əliyusif Fərəcov,  Əlvan Zeynalov və Orxan Zeynalovla birlikdə mayın 9-dan iyunun 20-dək olan müddətdə vətəndaşlar K. Əliyev, Ş. Məmmədzadə və N. Bağırova məxus pul və qızıl əşyaları, habelə iyunun 16-da Məhəmməd Bədəlovun evindən 350 manat və 100 ABŞ dolları pul oğurladıqları da müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Ə. Hüseynov, Ə. Fərəcov,  Ə. Zeynalov və O. Zeynalov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. 

0
153