Fransa Əliyev və Sarkisyanın yeni görüşünü təşkil etmək istəyir

Fransa Əliyev və Sarkisyanın yeni görüşünü təşkil etmək istəyir

“Münaqişənin dinc yolla həllinə yalnız daimi dialoq vasitəsilə nail olmaq mümkündür”.

Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməyə hazır olduğunu bəyan edib. 

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Fransanın Azərbaycandakı səfiri Oreliya Buşe bildirib. 

“Münaqişə tərəfləri arasında vasitəçi olan ATƏT-in Minsk qrupunun həmsədrləri öz öhdəçiliklərini yerinə yetirməkdə davam edəcəklər, eləcə də etimadın bərpa olunması və münaqişənin hərtərəfli dinc yolla həll edilməsi istiqamətində səy göstərəcəklər.

Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməyə hazır olduğunu bəyan edib”, - o qeyd edib. 

Səfirin sözlərinə görə, Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Sankt-Peterburqda keçirilən üçtərəfli görüşün nəticələrini alqışlayır. 

“Münaqişənin dinc yolla həllinə yalnız daimi dialoq vasitəsilə nail olmaq mümkündür”, - deyə O.Buşe əlavə edib. 

0
10