“Aston Martin” Bakıda ilk “Formula-1” Qran Prisini qeyd edir

“Aston Martin” Bakıda ilk “Formula-1” Qran Prisini qeyd edir

İyunun 18-də Bakının Üzeyir Hacıbəyov küçəsi 59-da yerləşən “Aston Martin” Bakı Mərkəzində dünyanın məşhur idman avtomobilləri istehsalçısının yeni modeli - “Aston Martin DB11” sportkarı təqdim olundu.

Oxu.Az xəbər verir ki, “Aston Martin”nin Azərbaycandakı rəsmi distribüteri “Avtolux-Azerbaijan LLC” şirkəti tərəfindən təşkil olunan tədbirdə tanınmış simalar, media mənsubları və bu markanın pərəstişkarları toplaşmışdılar.

Tədbirin əsas qonağı “in Orta Şərq üzrə prezidenti idi. O, çıxışında Britaniyanın lyuks avtomobil brendi “Aston Martin” Red Bull Formula 1 komandasından baş texnik Adrian Nyui və “Aston Martin”in baş yaradıcı əməkdaşı Marek Reişman “Aston Martin” hiperkarlarının istehsalına dair əməkdaşlığa başladıqlarını elan edib. 

“Biz yeni “DB11” ilk dəfə Azərbaycanda nümayiş etdirdiyimizə və “Red Bull Racing”in tərəfdaşlığı ilə ilk dəfə “Formula-1” Bakı Qran Prisində iştirak etdiyimizə görə qürur duyuruq. Bu bütün səviyyələrdə əlamətdar hadisədir və biz “DB11” modeli ilə öz innovasiyalarımızı və texniki mükəmməlliyimizi qarşıdakı buraxılışlarımızda daha da inkişaf etdirəcəyik”, - “Aston Martin”in Orta Şərq üzrə prezidenti Neil Sleid deyib. 

O bildirib ki, “AM-RB 001” adlı layihədə “Aston Martin” idman avtomobillərinin imzası ilə istehsal olunan yeni hiperkar “Formula-1” yarışlarının ən son model avtomobillərini təmsil edəcək. 

“Red Bull Racing” – qabaqcıl elementlərinin birləşməsi “Red Bull” və “Aston Martin”in qabaqcıl texnologiyaları və bu yeni innovasiya ortaqlığı dünyanın ən yaxşı aerodinamiklərini, avtomobil ekspertlərini və istehsal ustalarını bir araya gətirir. Bütün mütəxəssislər dünyada avtomobil həvəskarlarına və müştərilərə maraqlı olacaq “AM-RB 001” adlı layihənin həyata keçirilməsi üçün müxtəlif elit imkanlar və bacarıqları təklif edirlər.  

Onun sözlərinə görə, “Aston Martin”, “Red Bull Racing” və “Red Bull” qabaqcıl texnologiyaları arasında yeni ortaqlığı qeyd etmək üçün RB12 Formula 1 komandası 2016-cı il mövsümü üçün  Avstraliya Qran Prisində, Melbörndə bu həftə debüt edəcək “Albert Part”, “Aston Martin”in ikonik qanadlarını öz loqosunda daşıyacaq.

Daha sonra Neil Slade “Aston Martin GT” dinamik və orijinal idman avtomobillərinin ənənəsində məşhur DB nəslindən yeni cazibədar “DB11” modelini haqqında danışıb.

“Yeni və fərqli dizayn üslubu, qabaqcıl aerodinamika, 5,2 litr yanacaq tutumlu yeni ikili-turbo V12 mühərriki və daha yüngül və möhkəm tərtib olunmuş daha çox yer ayrılmış alüminium strukturlu “DB11” modeli “Aston Martin” tarixində DB nəslində istehsal edilmiş ən güclü, ən səmərəli və dinamik modeldir. 

“DB11” modelinin əlamətdar estetik görünüşü “Aston Martin” üçün yeni dizayn erasının başlanmasını xəbər verir. Bu avtomobil ön hissədə kapot qapağı, səciyyəvi LED faraları və avtomobilin öz hissəsini birləşdirən barmaqlıqları ilə dizayn olunub. 

Hər bir “Aston Martin” kimi “DB11” modeilinin “ürəyi” kapotun altında yerləşir, bundan əvvəl heç bir “Aston Martin”də 5.2 litrlik ikili-turbo V12 mühərriki olmayıb. “DB11”in yeni mühərriki 608PS (600BHP) gücündə və 700Nm saniyədə fırlanma gücündə olub, DB modelləri arasında istehsal olunan ən güclü mühərrikdir. Təbii ki, bu ən yüksək sürət həddi 200mph və 3,9 saniyədə 0-62mph yığan ən dinamik və ən sürətli mühərrikdir.  

Yeni həyata keçirilən avto parkinq avtomobilin funksiyasına yardım edəcək və 360 dərəcə quş gözü görünüşlü kamera yavaş sürətlə manevr etməyə yardım edəcək və eyni zamanda, avtomobilin məlumat və əyləncə sistemi vasitəsi ilə idarə olunacaq.   

“DB11” modeli geniş qapı oyuqları, əhəmiyyətli dərəcədə genişləndirilmiş sərnişin yerləri, xüsusi ilə baş və ayaq yerləri, İSOFİX montaj vasitəsi ilə arxaya quraşdırılmış iki cüt uşaq oturacağı və üstəgəl əşyaları tam yerləşdirə bilmək üçün kifayət qədər geniş baqaj və 2+2 oturacağa sahibdir.  

Rənglərin ruhlandırıcı palitrası və geniş çeşidli funksiyalar sayəsində avtomobilin daxili tərtibatı sizin şəxsi zövqünüzə uyğun quraşdırıla bilər. Sakitçilik, ehtiyatla kordinasiya olunmuş tonlar, yüksək və zəif səslərin kontrastı sizin avtomobildəki seçiminizi hüdudsuz edir. 

Sonra tədbirdə “Avtolux-Azerbaijan LLC” şirkətinin baş direktoru İbrahim Əhmədov çıxış edib. O bildirib ki, “DB11” modeli “Aston Martin” brendinin mütləq təcəssümüdür.

Onun sözlərinə görə, “Aston Martin DB11” modelinə yiyələnmək istəyən şəxs “Aston Martin” Bakı Mərkəzində buyurub sifariş verə bilər.

O bildirib ki, “Aston Martin Baku”da Britaniyanın luks kateqoriyalı avtomobil brendinin zəngin olan “DB9”, “Vanquish”, “Vantage”, “Rapide S” modelləri satılır.

Qeyd edilib ki, “Aston Martin Baku”da “5+5” aksiyasına başlanılıb. Belə ki, standart üç il istehsalat zəmanətinə iki il əlavə olunub və müştərilər 5 il ödənişsiz servis xidmətlərindən yararlana biləcəklər. Əlavə olaraq ehtiyat hissələrə 10%, aksessuarlara 20% endirim tətbiq olunur.

0
17