Azərbaycanlı aparıcı ad günündə iftar süfrəsi açdı - FOTOLAR

Azərbaycanlı aparıcı ad günündə iftar süfrəsi açdı - FOTOLAR

Aparıcı Zaur Nəbioğlunun 28 yaşı tamam olub. Lent.az-ın məlumatına görə, aparıcı özəl gününü şəhər restoranlarından birində qeyd edib. O, eyni zamanda Ramazan ayı ilə əlaqədar iftar süfrəsi açıb.


Sənət aləmin tanınmış simalarının, idmançıların və aparıcıların qatıldığı gecədə maraqlı anlar yaşanıb. Müğənnilər gecədə mahnılar səsləndirib, səbəbkarı təbrik ediblər.

Qeyd edək ki, rejissor Aynurə Səmədovanın təşkilatçılığı ilə keçirilən gecəyə əməkdar artistlər Elnarə Abdullayeva, Babək Niftəliyev, müğənnilərdən Əbdül Xalid, Roza Zərgərli, Tacir Şahmalıoğlu, Elçin Hüseynov, aparıcılar Sərxan Kərəmoğlu, Samir Bayramlı və başqaları gəlmişdi.

0
6