Məhəmməd peyğəmbərin saqqal tükü oğurlanıb - Türkiyədə

Məhəmməd peyğəmbərin saqqal tükü oğurlanıb - Türkiyədə

Türkiyədə Məhəmməd peyğəmbərin saqqalı ("Sakal-ı Şerif") naməlum şəxslər tərəfindən oğurlanıb.

APA-nın "Milliyet"ə istinadən verdiyi məlumata görə, peyğəmbərin saqqalı Ramazan ayı münasibətilə sərgilənmək üçün Kocaeli vilayətindəki Dəyirməndərə Yalı Camisinə aparılıb. Gecə saatlarında camidə çalışanlar saqqalın mühafizə olunduğu qutunun yoxa çıxdığını görüblər. Polis dərhal təhqiqata başlayıb.

Qeyd edək ki, "Sakal-ı Şerif" İstanbuldakı Topqapı sarayında saxlanılır və dini bayramlarda sərgilənmək üçün Türkiyənin müxtəlif vilayətlərinə aparılır.

0
9