Salyanda doğum evində ölən körpələr dəfn olunub

Salyanda doğum evində ölən körpələr dəfn olunub

Sağ qalan uşağın vəziyyəti hələlik stabildir.

Ötən gün doğum evində ölən iki uşaq axşam saatlarında dəfn olunub. 

Oxu.Az “Report”a istinadən xəbər verir ki, Bakıdan müayinədən gətirilən körpələr axşam saatlarında qəbiristanlıqda torpağa tapşırılıb. 

Yaxınlarının sözlərinə görə, digər sağ qalan uşağın vəziyyəti hələlik stabildir.

Qeyd edək ki, ötən gün Salyan doğum şöbəsində üçəm doğan Mirzabitə Abdullayevanın iki körpəsi işıqlar söndürüldüyündən oksigen çatışmazlığından küveyzdə boğularaq ölüb. 

0
10