XİN: Ermənistan mövcud status kvonu gücləndirməyə çalışır

XİN: Ermənistan mövcud status kvonu gücləndirməyə çalışır

“Bu isə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin prezidentlərinin mövqeyi ilə ziddiyyət təşkil edir”.

 “Ermənistan xarici işlər naziri yenə də öz ənənəsinə sadiq qalaraq, qeyri-konstruktiv və ziddiyyətli bəyanatlarla çıxış edir”.

Oxu.Az-ın xəbərinə görə, bunu XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın sonuncu açıqlamasına münasibət bildirərkən deyib.

“Ermənistan xarici işlər naziri hazırkı danışıqların məntiqinə və mahiyyətinə uyğun hərəkət etməli olduğu halda, yenə də mövcud status kvonun gücləndirilməsinə çalışır. 

Bu isə status kvonun qəbuledilməz və qeyri-davamlı olmasına dair ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin prezidentlərinin dəfələrlə səsləndirdiyi mövqeyi ilə ziddiyyət təşkil edir. 

Azərbaycan tərəfi münaqişənin həll edilməsi üçün substantiv danışıqlara sadiq olaraq, Peterburqda prezidentlər səviyyəsində konstruktiv şəraitdə keçirilmiş görüşün nəticələrini müsbət qiymətləndirir”, -deyə H.Hacıyev bildirib.

0
7