Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolu yenidən quruldu – FOTO + VİDEO

Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolu yenidən quruldu – FOTO + VİDEO

Ərazidə 1 ədəd dəmir-beton körpü də inşa olunub.

Qəbələ rayonu Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolu qısa müddət ərzində yenidən qurularaq tam yeni və müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətidən (ASC) Oxu.Az-a daxil olan məlumata görə, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 52-ci kilometrliyindən ayrılan yerli əhəmiyyətli Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolunun yenidən qurulması çərçivəsində “Azəravtoyol” ASC tərəfindən yüksək keyfiyyətlə aparılıb.

IV texniki dərəcəyə uyğun yenidən qurulan və iki hərəkət zolağından ibarət olan avtomobil yolunun uzunluğu 12,2 kilometr, eni 6 metrdir, torpaq yatağının eni isə ərazilərdən asılı olaraq 8-10 metr arası dəyişir. 

Ümumilikdə, yolun 55 min m2-dən çox ərazisinə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.

Bundan başqa, yolun 3,8-ci km-də, Tüntül kəndi ərazisində uzunluğu 5 metr, eni isə 7 metr olan 1 ədəd dəmir-beton körpü də inşa olunub.

0
11