Türkiyə Suriya ilə sərhəddə yeni müdafiə sistemləri yerləşdirir

Türkiyə Suriya ilə sərhəddə yeni müdafiə sistemləri yerləşdirir

Türkiyə yeni havadan müdafiə sistemini Suriya ilə sərhəddə yerləşdirmək və sınaqdan keçirmək niyyətindədir.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın  “Defense News” nəşrinə Türkiyənin  təhlükəsizlik xidmətindəki mənbə bildirib.  

Portalın məlumatına görə, Türkiyə hökuməti sərhəddə  “Serhat” minalara qarşı radar sistemi, HIMARS əməliyyat-taktiki təyinatlı artilleriya-raket sistemi yerləşdirmək planlaşdırır. Bundan əlavə sərhədin 70 km-lik hissəsini xüsusi mini-dirijabllar patrul edəcəklər.

Məlumata görə,  havadan müdafiə sistemi Kilis əyalətində, “Elbeyli” sərhəd-buraxılış məntəqəsinin yaxınlığında quraşdırılacaq.  Yeni havadan müdafiə sisteminin bu bölgədə yerləşdirilməsi həmçinin Qaziantep, Hatay, Şanlıurfa və Mardin əyalətlərinin təhlükəsizliyinin möhkəmləndirilməsinə kömək edəcək.

Qeyd edək ki, Suriya-Türkiyə sərhədinin uzunluğu təxminən 900 km təşkil edir.  Sərhədin Kilis istiqamətindəki hissəsi Suriya tərəfindən İŞİD qruplaşmasının nəzarətindədir. İŞİD terrorçuları mütəmadi olaraq Kilis şəhərinə raket zərbələri endirirlər.

0
10