Şimali Koreya yenə raket buraxdı

Şimali Koreya yenə raket buraxdı

Şimali Koreya hərbçiləri ölkənin şərqində yerləşən Vonsan şəhəri yaxınlığından “Musudan” tipli olduğu ehtimal edilən orta mənzilli (2,5 min km-dən 4 min km-dək) ballistik raketin buraxılışını həyata keçirib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə,  bu barədə Cənubi Koreya Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında bildirilir.

Məlumata görə, raket iyunun 21-də yerli vaxtla 05.58-də (Bakı vaxtı ilə iyunun 22-də  saat 00.58-də) buraxılıb.

Cənubi Koreya hərbçiləri raket buraxılışının uğursuz olduğunu iddia edirlər.

0
3