İlham Əliyev Qarabağda danışdı: Gərginliyin azalması müşahidə edilir

İlham Əliyev Qarabağda danışdı: Gərginliyin azalması müşahidə edilir

"Bu, müsbət haldır".

Dağlıq Qarabağda münaqişə zonasında atəşkəs rejiminin ayrı-ayrı pozulma hallarına baxmayaraq, gərginliyin azalması müşahidə edilir.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.

"Səylər nəticəsində atəşkəs bərpa edilmişdir, amma ona hər zaman riayət edilmir, ümumilikdə son günlərdə gərginliyin azalmasını müşahidə edirik və bunu müsbət hal hesab edirik", - Əliyev Rusiyanın baş naziri Dmtiri Medvedev ilə görüşdə bildirib.

Azərbaycan dövlətinin rəhbəri beynəlxalq hüquq və BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri əsasında münaqişənin siyasi tənzimlənməsinə sadiqliyini vurğulayıb.

0
17
Bot