ABŞ İraq əhalisinə yardım üçün 20 mln. dollar ayırır

ABŞ İraq əhalisinə yardım üçün 20 mln. dollar ayırır

ABŞ İraq sakinlərinə yardım üçün  BMT-nin Qaçqınların işi üzrə Ali Komissarı İdarəsinə 20 mln. dollar ayıracaq.

APA-nın xəbərinə görə, bu barədə Dövlət Departamentinin mətbuat xidmətindən bildirilib.

“İraqda son hadisələrlə əlaqədar və Əl Fəlucənin tələbatlarına dair bəyanatları nəzərə alaraq ABŞ əlavə olaraq 20 mln. dollar vəsait ayıracaq.  Bu, elan ediləcək daha geniş humanitar yardımın bir hissəsi olacaq”, - deyə məlumatda bildirilir.   

Dövlət Departamenti qeyd edir ki, 2014-cü ildə 3,3 mln. iraqlı münaqişəyə görə evini tərk etmək məcburiyyətində qalıb.

BMT-nin Qaçqınların işi üzrə Ali Komissarı İdarəsi məcburi köçkünlərin yerləşdirilməsi üçün  İraqda müvəqqəti düşərgələrin yaradılmasının, içməli su və ərzaqların çatdırılmasının təmin edilməsinin vacib olduğunu qeyd edib  

“Humanitar təşkilatlar böhranla mübarizə aparır, lakin hazırda daha çox vəsait gərəkdir. Biz digər ölkələri də töhvə verməyə çağırırıq”, - deyə  Dövlət Departamenti qeyd edir.

0
6