Şimali Koreyanın raketləri cəmi 150-160 km məsafəni qət edib

Şimali Koreyanın raketləri cəmi 150-160 km məsafəni qət edib

Şimali Koreyanın buraxdığı ballistik raketlər 150-160 km uçaraq havada partlayıblar.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu “Renhap”a  Cənubi Koreyanın rəsmi qurumlarındakı mənbə bildirib.

“Təhlil göstərir ki, 4 min km-dək məsafəni qət edə biləcək “Musudan” sinfinə aid raketlər cəmi 150 km-dən çox məsafəni qət edə biliblər”, -  deyə mənbə bildirib.

Mənbə qeyd edib ki, uçuş zamanı raketlər bir neçə hissəyə parçalanıb.

“Renhap”-ın məlumatına görə, KXDR lideri Kim Çem In raket buraxılışına şəxsən nəzarət edib.

Qeyd edək ki, Şimali Koreya bir qədər əvvəl iki ballistik raketin buraxılışını həyata keçirib.

0
6