Eskpert: Ziya Bünyadov prospektində sürət həddi təhlükəlidir

Eskpert: Ziya Bünyadov prospektində sürət həddi təhlükəlidir

Ərşad Hüseynov hesab edir ki, bu yolda baş verən qəzaların əsas səbəbi sürət rejiminin düzgün təyin edilməməsidir.

Bakının Ziya Bünyadov prospektində sürət həddinin artırılması düzgün deyil.

Oxu.Az-ın məlumatına görə, bu barədə yol-nəqliyyat məsələləri üzrə tanınmış ekspert, hüquqşünas Ərşad Hüseynov öz Facebook səhifəsində yazıb.

Ekspert qeyd edib ki, prospektdə yaşayış məntəqələri üçün nəzərdə tutulan sürət həddi yetərlidir. Ə.Hüseynovun fikrincə, istisna olaraq, prospektin 2-3 yerində məhdud məsafədə sürət həddini 70 km/saat qoymaq olar. 

“Ziya Bünyadov prospektində əksər yerlərdə sürət həddi 80 km/saat müəyyən edilmişdi. Hesab edirəm ki, bu təhlükəlidir və düzgün deyil”, - ekspert deyib.

Ə.Hüseynov əminliyini vurğulayıb ki, prospektdə baş verən qəzaların əsas səbəbi sürət rejiminin düzgün təyin edilməməsidir. 

“Belə yüksək sürətin prospektin buraxıcılıq qabiliyyəti üçün də əhəmiyyəti yoxdur, çünki nəqliyyat sıxlığı prospektin hər iki tərəfdən sonunda olur. Prospektdə sürətlə hərəkət etsən belə, pik saatlarında yolun sonunda həmin vaxtı itirirsən...

Bu gün isə Ziya Bünyadov prospektində sürət həddini qaldırıb 90 km/saat ediblər. Heç nə başa düşmədim...”, - o əlavə edib.

0
20