Səudiyyə Ərəbistanı Misirin iki adasına sahib ola bilməyəcək

Səudiyyə Ərəbistanı Misirin iki adasına sahib ola bilməyəcək

Səudiyyə Ərəbistanı və Misir dəniz sərhədlərinin delimitasiyasına dair saziş imzalayıb.

Misir məhkəməsi Səudiyyə Ərəbistanı ilə dəniz sərhədlərinin delimitasiyası haqqında razılaşmanın etibarsız olmasına dair qərar qəbul edib. Bu razılaşmaya əsasən, Səudiyyə Ərəbistanı Misirin iki mübahisəli adasına sahib olacaqdı.  

Oxu.Az-ın məlumatına görə, bu barədə “Reuters” agentliyi mənbəyə istinadən xəbər verir. 

Qeyd edilir ki, dövlət məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət edə bilər. 

Səudiyyə Ərəbistanı və Misir hakimiyyəti aprelin əvvəlində dəniz sərhədlərinin delimitasiyasına dair saziş imzalayıblar. Sənədə müvafiq olaraq Misirin idarəçiliyində olan Qırmızı dənizdə yerləşən Tiran və Sanafir adaları Səudiyyə Ərəbistanının nəzarətinə verilib.

Saziş bir sıra etiraz aksiyalarına səbəb olmuşdu. Adalardan imtinaya görə, ölkədə etiraz aksiyaları keçirən 150-dən çox adam saxlanılıb. Daha sonra 33 nəfər bəraət qazanıb. 

Bu, 2014-cü ilin yayında Abdul Fəttah as-Sisinin prezident seçilməsindən indiyə qədər hökumət əleyhinə ilk miqyaslı etiraz aksiyası idi.  

0
11