ATƏT Qarabağda baş verən hadisələrin araşdırılması üzərində işləyir

ATƏT Qarabağda baş verən hadisələrin araşdırılması üzərində işləyir

“Təmas xətti boyunca mexanizmlər yerləşdiriləcək”.

Dağlıq Qarabağ münaqişəsi zonasında baş verən hadisələrin araşdırılması üzrə mexanizmlərin yaradılması üzərində iş Vyanada davam edir.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Fransanın Ermənistandakı səfiri Jan-Fransua Şarpantye bildirib. 

Onun sözlərinə görə, Ermənistan və Azərbaycan prezidentləri Serj Sarkisyan və İlham Əliyevin Sankt-Peterburqda baş tutan son görüşünün yekunu üzrə bəyanatda bu mexanizmlər barədə danışılmaması heç nə ifadə etmir. 

“Aldığım məlumata görə, Vyanada Dağlıq Qarabağ münaqişəsi zonasında baş verən hadisələrin araşdırılması üzrə mexanizmlərin yaradılması üzərində iş gedir. Bu məsələnin diqqətdən kənarda qalmasına dair məlumatım yoxdur”, - səfir mətbuat konfransında bildirib. 

O qeyd edib ki, bu mexanizmlər, ilk növbədə, ATƏT-in fəaliyyətdə olan sədri Anjey Kaspşikin şəxsi nümayəndəsinin ofisini genişləndirmək, eləcə də təmas xətti boyunca mexanizmlər yerləşdiriləcək.

“Mexanizmlər” terminini istifadə edərək Şarpantye söhbətin “insanların yerləşdirilməsi”ndən getdiyini deyib. 

“Söhbət sülhməramlıların yerləşdirilməsindən deyil, monitorinq kontingentinin genişləndirilməsindən gedir”, - cavabı dəqiqləşdirməkdən imtina edən səfir bildirib.  

0
18