Bakı sakini bacısını qətlə yetirdi – TƏFƏRRÜAT + YENİLƏNİB

Bakı sakini bacısını qətlə yetirdi – TƏFƏRRÜAT + YENİLƏNİB

DİN məlumat yayıb.

Daxili İşlər Nazirliyi Bakıda baş vermiş qətl hadisəsi ilə bağlı məlumat yaydı.

Oxu.Az Daxili İşlər Nazirliynin saytına istinadən xəbər verir ki, aprelin 7-də Sabunçu rayonunun Maştağa qəsəbəsində yaşayan Seyidmirəli Cavadov evində münaqişə zəminində bacısı İzzət Cavadovaya və onun əri Vüsal Cavadova bıçaqla xəsarət yetirib.

Nəticədə İ.Cavadova hadisə yerində ölüb, V.Cavadov isə xəstəxanaya yerləşdirilib.

Münaqişə zəminində bacısına və onun ərinə bıçaqla xəsarət yetirmiş Maştağa qəsəbə sakini S.Cavadov polisə təslim olub.

11:05

Bu gecə Bakının Sabunçu rayonunda, Maştağa qəsəbəsindəki fərdi yaşayış evində törədilmiş dəhşətli qətlin təfərrüatı məlum olub.

Oxu.Az xəbər verir ki, Lent.az-ın məlumatına görə, 25 yaşlı oğlan bacısı, 29 yaşlı İzzət Cavadovanı qısqanclıq zəminində qətlə yetirdiyi dəqiqləşib.

Bəlli olub ki, İ.Cavadova əmisi oğlu, 32 yaşlı Vüsalla evlidir və onların bu nikahdan iki övladı var. Bir neçə gün əvvəl İ.Cavadova evdən qaçıb. Yaxınları onun başqa kişiyə qoşulub qaçdığını düşünüblər. Bir həftə sonra isə 29 yaşlı qadın yenidən həyat yoldaşının evinə qayıdıb.

Bildirilir ki, İ.Cavadovanın həyat yoldaşı onunla boşanacağını deyib və övladlarının olduğunu, onların yetim böyüməməsini üstün tutduğunu söyləyib. Lakin İ.Cavadovanın kiçik qardaşı olan 25 yaşlı Samir onu öldürmək niyyətindən əl çəkməyib və evə gələrək bacısına 21 bıçaq zərbəsi endirib.

Hadisə vaxtı araya girən V.Cavadov da bir bıçaq xəsarəti alıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

09:17

Sabunçu rayonunda qanlı hadisə baş verib.

Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, qardaş bacısını qətlə yetirib, onun həyat yoldaşını isə bıçaqlayıb.

Hadisə rayonun Maştağa qəsəbəsində qeydə alınıb.

İzzət Cavadovanın yaşadığı evə gələn qardaşı əvvəlcə onu bıçaqlayıb, daha sonra isə onun həyat yoldaşı 32 yaşlı Vüsal Seyidrəhim oğlu Cavadova xəsarətlər yetirib.

İzzət Cavadova aldığı xəsarətlərdə elə hadisə yerində dünyasını dəyişib. Vüsal Cavadov isə qohumları tərəfindən xəstəxanaya gətirilib. Həkimlər onun sinə nahiyəsindən bıçaqlandığını bildiriblər. Hadisə törətməkdə şübhəli bilinən şəxsi 14-cü polis bölməsinin əməkdaşları "isti izlər"lə müəyyən edərək yaxalayıblar. Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir.

Faktla əlaqədar Sabunçu Rayon Prokurorluğunda qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd maddələri ilə cinayət işi başlanıb.

0
26
Bot