Niko Rosberq Bakıda növbələrdən gileyləndi

Niko Rosberq Bakıda növbələrdən gileyləndi

O, uzun növbələrdən yorulmuşdu.

Bakıdakı yarışlardan sonra Niko Rosberqin “Formula-1”-in təşkilatçılarından xüsusi xahişi olub. 

Oxu.Az autosport.com.ru-ya istinadən xəbər verir ki, Bakıda keçirilən “Formula-1” Avropa Qran Prisinin qalibi Niko Rosberq təşkilatçılardan gələn il “paddok”da ayaqyolularının sayını artırmağı xahiş edib. 

Rosberq yarışlardan sonra həftəsonu təəccübləndiyi çox şeylə qarşılaşdığını bildirib. Bura təhlükəsizlik avtomobillərinin olmaması, yarış zamanı baş verən hadisələr və s. daxildir.  

“Mercedes” nümayəndəsinin uzun müddət ayaqyolu üçün növbədə dayanmaqdan əsəbiləşdiyi məlum olub. 

“Təşkilatçılar ayaqyolularının sayını artırsalar, yaxşı olardı. Bu həftəsonu uzun növbələrdə çox vaxt itirməli oldum”, - deyə Rosberq öz iradını bildirib. 

Bu narahatçılıq alman iştirakçısına qələbə çalmağa mane olmayıb.   

0
14