Cahangir Əsgərov dopinqə görə 3 nəfəri qovdu

Cahangir Əsgərov dopinqə görə 3 nəfəri qovdu

AAAF prezidenti müşavirə keçirib.

Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) rəhbər vəzifələrində dəyişikliklər baş verib. 

Oxu.Az xəbər verir ki, bu barədə AAAF-ın mətbuat xidmətindən report.az-a açıqlama verilib.

Ruslan Xanverdiyev vitse-prezident, Rizvan Rəsulov baş katib, Tofiq Heydərov isə Azərbaycan yığmasının baş məşqçisi təyin olunub. Xanverdiyev Elxan Əliyevi, Rəsulov Yavər Hacıyevi, Heydərov isə dünya çempionu Nizami Paşayevi əvəzləyib. 

Yeni vəzifələrə təyinatdan sonra AAAF-ın prezidenti Cahangir Əsgərov müşavirə keçirib. 

O, idmançılar tərəfindən qadağan olunmuş stimullaşdırıcı preparatlardan istifadənin təkrarlanmaması üçün ciddi tədbirlərin görülməsi barədə tapşırıq verib.

Antidopinq qaydalarının pozulmasında ittiham olunan dünya və Avropa çempionu Boyanka Kostovaya gəlincə, AAAF Beynəlxalq Ağır Atletika Federasiyasına (IWF) apellyasiya şikayəti göndərib. 

Qeyd edək ki, IWF Azərbaycanın altı atletini 2015-ci il dünya çempionatı zamanı dopinq-testdən keçə bilmədiyi üçün uzun müddətə diskvalfikasiya edib. Onlardan beşi 8 il, biri 4 il müddətinə bütün yarışlardan kənarlaşdırılıb. 

Eyni zamanda, 2008-ci il Pekin və 2012-ci il London olimpiadasında çıxış etmiş ağırlıqqaldıranların dopinq-testlərinin təkrar analizləri nəticəsində müvafiq olaraq İntiqam Zairov və Boyanka Kostovadan istifadəsi qadağan olunmuş preparatlar aşkarlanıb.

0
24