Rəqsanə: Məni alan olmayacaq, evdə qalacam?

Rəqsanə: Məni alan olmayacaq, evdə qalacam?

“Bədbəxtsiniz, içinizi paxıllıq çürüdüb”.

Müğənni Rəqsanə İsmayılova sosial şəbəkədə onu tənqid edənlərə münasibət bildirib.

Oxu.Az xəbər verir ki, ifaçı “Instagram” və “Facebook” səhifəsində onu paxıl adlandıranlarla bağlı şərh yazıb.

“Hər dəfə sosial şəbəkədə pəhrizim barədə məlumat verirəm. Nə özündənrazı, nə də yekəxanayam. Mən də hamı kimi insanam. Yalnız bir fərqim var ki, tanınmışam, müğənniyəm. Keçmişimi unudan insan deyiləm.

 Bir çox xanımlar mənə yazırlar, pəhrizimi soruşurlar. Hamıya tək-tək cavab verə bilmirəm. Bir dəfə hamıya yazdım, oradan götürün. Mənə paxıl deyirsiniz. Vallah, mən paxıl deyiləm. Artıq-əskik yazan bəzi insanlara demək istəyirəm ki, çox bədbəxtsiniz. İçinizi paxıllıq çürüdüb. Niyə bu qədər günah qazanırsınız? Məni sevmirsinizsə, izləməyin. Niyə bura girib, nə gəldi yazırsınız?

Mehriban ola bilmirsinizsə, pis də olmayın. Mənim gözəlliyim iki balam və ailəmdir. Neynirəm dünya gözəli olmağı? Mənim özüm boyda qızım var, təzədən ərə gedəcəm? Məni alan olmayacaq, evdə qalacam? Yazıq olmayın, kimisə pisləməyin. Mənim yaşayış tərzim, ailəm, işim o qədər gözəldir ki, sizə fikir vermirəm”, - deyə İsmayılova qeyd edib.

Aytən Sadıqzadə

0
15