Bakıda 20 min manatlıq oğurluq

Bakıda 20 min manatlıq oğurluq

Oğrular zirzəminin divarını deşiblər.

Bakının Yasamal rayonunda oğurluq hadisəsi olub.

Oxu.Az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun M.Seyidov küçəsi, ev 15 ünvanında baş verib.

Orada yaşayan 1965-ci il təvəllüdlü Eldar Əliyev evdə olmadığı zaman naməlum şəxslər zirzəminin divarını deşərək onun evindən 20 min manat qızıl-zinət əşyaları oğurlayıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin 177.2.3 (oğurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) və 177.3.2-ci (külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb, araşdırma aparılır.

0
19