Bu azərbaycanlıların Rusiyaya milyardlarla borcu var - SİYAHI

Bu azərbaycanlıların Rusiyaya milyardlarla borcu var - SİYAHI

Məşhur “Forbes” jurnalı Rusiya banklarına külli miqdarda borcu olanların siyahısını açıqlayıb.

Lent.az-ın məlumatına görə, 15 nəfərlik siyahıda 3 azərbaycanlının da adı var.

Borclular arasında ilk sıranı AST Şirkətlər Qrupunun prezidenti Telman İsmayılov tutub. Onun borcu 159 milyard rubldur. Bu, təxminən 2 milyard 450 milyon dollara yaxın vəsait edir.

İkinci sırada RU-Enerji Qrupun prezidenti Azad Babayev gəlir. Onun təkcə Sberbanka olan borcu 5 milyard rubla yaxındır.

Borculular siyahısında Rusiyanın alkoqollu içkilər ixrac edən Rusimportun sahibi Aleksandr Məmmədovun da adı var. Onun BTF bankına olan borcu 3 milyard rubla yaxındır.

0
16