Obama prezidentlik müddəti başa çatdıqdan sonra “LinkedIn”in vasitəsilə iş axtaracaq

Obama prezidentlik müddəti başa çatdıqdan sonra “LinkedIn”in vasitəsilə iş axtaracaq

“Yeddi ay və ya buna yaxın müddətdən sonra əmək birjasında olacam”.

ABŞ prezidenti Barak Obama prezidentlik müddətini başa vurduqdan sonra iş axtarmaq üçün “LinkedIn” sosial şəbəkəsindən istifadə edəcəyinə dair zarafat edib. 

Oxu.Az bu barədə “The Hill”ə istinadən xəbər verir. 

“Yeddi ay və ya buna yaxın müddətdən sonra əmək birjasında olacam, buna sevinirəm. Mən “LinkedIn”dən istifadə etməyə hazırlaşıram, bunun nə ilə nəticələnəcəyinə baxmaq istərdim”, - prezident deyib. 

Fevral ayında Barak Obama “LinkedIn” səhifəsində dondurma satıcısının yardımçısı kimi işlədiyi ilk iş yerini xatırlayıb. O zamanlar gələcək prezident dondurmanı stəkanlara yığmaqla məşğul idi. 

0
23