Türkiyə millisi qrupdan çıxa biləcəkmi? - SORĞU

Türkiyə millisi qrupdan çıxa biləcəkmi? - SORĞU

Futbol üzrə Avropa çempionatının birinci turu artıq bitmək üzrədir. Azərbaycanda da çoxsaylı azarkeşləri olan Türkiyə millisi bu gün “D” qrupunda son həlledici oyuna çıxacaq. Çexiya yığmasını böyük hesabla məğlub etməli olan Fatih Terimin yetirmələri bu vəzifənin öhdəsindən gələ biləcəkmi?

APA TV həlledici oyun ərəfəsində paytaxt küçələrində sorğu keçirib. Respondentlərin bir qismi Türkiyə yığmasının rəqibə böyük hesabla qalib gələrək, qrupdan çıxa biləcəyinə inanmır.

- Məncə, yox, çünki göstərdiyi oyuna görə qrupdan çıxa bilməyəcək, qrupda qalacaq.

- Xeyr, çətin ki qrupdan çıxsın, çünki üç oyunun ikisini uduzub.

- Axırıncı oyunlarla bağlı nə isə edə biləcəklərinə inanmıram. Bir az oyunları zəifdir.

- Çətin, çox çətin. Çünki azarkeşlərin Arda Turanı bir balaca tənqid etməsi hay-küyə səbəb oldu. Bu, hətta prezident Ərdoğan tərəfindən də etiraf olundu. Arda Turana qarşı düzgün hərəkət edilmədi. Ona görə inanmıram qrupdan çıxa bilsinlər, çox çətindir. Çexlər 2008-ci ildə uduzdular türklərə, indi o oyunun heyfini alacaqlar. Təki türklər udsunlar, bizim arzumuz odur. Türk qardaşlarımız növbəti mərhələyə çıxsın. Amma çox çətindir.

- Xeyr, qrupdan çıxa biləcəklərinə inanmıram.

- Yox, oynadıqları oyun zəifdir, çıxa bilməz.

- Xeyr. Çünki qrupunda olan komandalar güclüdür, həm heyətcə, həm də fərdi oyunçular baxımından daha güclüdürlər.

İlk iki oyunda məğlub olmasına baxmayaraq, bu axşam keçiriləcək görüşdə Türkiyə millisinin çexləri darmadağın edə biləcəyinə inananlar da yox deyil:

- Məncə, qrupdan çıxar. Güclü komandadır.

- Güclü komanda kimi baxıram. Çempion da ola bilər.

- Bəli, biz inanırıq. Mən bilən qrupdan çıxar.

- Məncə, çıxar. Güclü komandadır. Əgər bu oyunu uduzsa, onu bilirəm ki, komandanın beli qırıldı.

- Bəlkə çıxa bilər. Şans lazımdır. Hər dəfə şansa çıxdı. Bu səfər də çıxar deyə inanıram.

- Çox baxmıram futbola. Türkiyənin oyunlarına baxıram. Belə də fəal oynamırlar axır vaxtlar. Yenə də xeyirlisi.

Hər kəsin futbol üzrə Avropa çempionatına kökləndiyi bir vaxtda bu idman növü ilə, ümumiyyətlə, maraqlanmayanlar da var:

- Futbolla maraqlanmıram.

- Bilmirəm.

- Maraqlanmıram.

- Heç marağım yoxdur.

- Marağım yoxdur.

Xatırladaq ki, qrup oyunlarında Xorvatiyaya 0:1, İspaniyaya isə 0:3 hesabı ilə məğlub olan Türkiyə millisi növbəti mərhələyə vəsiqə qazanmaq şansını hələ də saxlayır. Bunun üçün Fatih Terimin yetirmələri Çexiya millisinin qapısından ən az 2-3 cavabsız top keçirməlidir. İndiki halda möcüzə kimi görünsə də, ehtimallar yox deyil. Türkiyə millisi çempionatın qrup mərhələsində Çexiya yığmasını səfərdə 2:0 hesabı ilə məğlub etməyi bacarıb və bugünkü oyunda da eyni nəticəni təkrarlamağa hazırlaşır. Qardaş ölkənin komandasına uğurlar diləyirik!

0
260