Tovuzda orta məktəb təhlükəli vəziyyətə düşüb – VİDEO

Tovuzda orta məktəb təhlükəli vəziyyətə düşüb – VİDEO

Təhsil ocağında 223 şagird təhsil alır.

Tovuzun Qovlar qəsəbəsində 2 saylı orta məktəb təhlükəli vəziyyətə düşüb.

Oxu.Az Region TV-yə istinadən xəbər verir ki, valideynlər məktəb binasının qəzalı vəziyyətdə olmasından, günlərin bir günü uçmaq təhlükəsindən narahatdır.

Onlar bildiriblər ki, aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, onların səsinə səs verən olmayıb.

İddia olunur ki, hər hansı bir fövqəladə vəziyyət baş versə, məktəbdə təhsil alan şagirdlərin və məktəbin müəllimlərinin həyatı üçün ciddi təhlükə yarana bilər.

Məsələ ilə bağlı rayon Təhsil Şöbəsinin məsul işçisi Fikrət Tağıyev bildirib ki, məktəbə baxış keçiriblər və müvafiq sənədləri qaydaya da salıblar.

Tovuz Rayon İcra Hakimiyyəti isə sualları cavablandırmaqdan imtina edib.

0
23