Fransa səfiri: Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü gözlənilir

Fransa səfiri: Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü gözlənilir

Görüş Fransada keçirilə bilər.

“Sankt Peterburqda keçirilmiş dünənki görüş formatında Dağlıq Qarabağla bağlı növbəti görüşün təşkil olunması gözlənilir”.

Oxu.Az-ın news.am-a istinadən verdiyi məlumata gorə, bu barədə Fransanın Ermənistandakı səfiri Jan Fransua Şarpantye keçirdiyi mətbuat konfransı zamanı bildirib.

Səfir görüşün Fransa tərəfinin təşəbbüsü ilə keçirilməsinin mümkünlüyü ilə bağlı suala cavabında isə “niyə də yox” cavabını verib.

“Hazırda əlavə edə bilərəm ki, Sankt-Peterbuqrda keçirilmiş görüş formatında növbəti danışıqların keçrilməsi gözlənilir. Fransaya gəlincə, biz həmişə Dağlıq Qarabağla bağlı Fransada görüşün keçirilməsinə hazırlığımızı və istəyimizi ifadə etmişik”, - deyə səfir qeyd edib.

0
12