İsveç şəxsi telefon nömrəsinə sahib oldu

İsveç şəxsi telefon nömrəsinə sahib oldu

İsveç öz şəxsi telefon nömrəsinə sahib olub.


İKT.lent.az-ın "informing.ru" saytına istinadən məlumatına görə, İsveçin istənilən sakini ilə əlaqə saxlamaq üçün +46 771 793 336 telefon nömrəsini yığmaq kifayətdir.

Bütün dünya ilə əlaqədə olmaq üçün İsveç hökuməti öz vətəndaşlarına xüsusi sosial əlavəni yükləməyi təklif edib. Belə ki, bütün arzu edənlər öz ölkəsinin turist portalında qeydiyyatdan keçə və xaricilərdən zənglər qəbul etməyə başlaya bilər. Daxil olan zənglər kommutator tərəfindən təsadüfi qaydada müəyyənləşdirilir.

Hazırda xüsusi nömrə ilə İsveçə zəng edib, könüllülərlə istənilən mövzuda söhbət etmək mümkündür. Hələlik şəxsi telefon nömrəsi ancaq İsveçdə mövcuddur.

0
29
Bot