Niyam Salami klub açdı

Niyam Salami klub açdı

“Acından öləsi deyiləm ki?!”.

Müğənni Niyam Salami özünə yeni biznes qurub.

Oxu.Az-a açıqlama verən ifaçı bildirib ki, onun yeni açdığı gecə klubu fəaliyyətə başlayıb.

“Müğənnilikdən savayı, əlavə gəlir yerim yox idi. Elə buna görə də özümə yeni klub açdım. Artıq həmin məkana sənət dostlarım da təşrif buyurub və səhnədə çıxış ediblər. Düşünürəm ki, bu sahədə də uğur qazana bilərəm. Bunun üçün əlimdən gələni edirəm.

Toylar azalıb, acından öləsi deyiləm ki?! Mən də çörək pulumu nədənsə çıxarmalıyam. Buna görə məni kimsə qınamasın. Müğənnilik fəaliyyətimi də davam etdirirəm. Yəni bu mənə maneə deyil”, - deyə müğənni söyləyib.

N.Salami onu da əlavə edib ki, iyulun 6-da paytaxt məkanlarının birində konsert verəcək.

“Demək olar ki, hər il konsert verirəm. Hər bir konsertim yüksək səviyyədə təşkil olunur. Səhnədə olanda hər şeyi unuduram. Çünki sənətimi sevirəm. Yaradıcılığımda yeniliklərim boldur.

Bu yaxınlarda müğənni Mətanət Əsədova ilə duet oxudum, həmin mahnı sevildi. Daha bir tanınmış xanım müğənni ilə duet hazırlayıram. Həmin həmkarımın adını indi açıqlamaq istəmirəm. Hələlik sirr qalsın. Bunu konsertimdə açıqlayacağam”.

Aytən Sadıqzadə

0
21