Dövlət Dumasında Rusiyanın futbol üzrə yığmasını buraxmağı təklif etdilər

Dövlət Dumasında Rusiyanın futbol üzrə yığmasını buraxmağı təklif etdilər

“Hər şeyi əsaslı şəkildə dəyişmək lazımdır”.

Rusiya Dövlət Dumasının Bədən tərbiyəsi, idman və gənclərlə iş üzrə komitəsinin rəhbəri Dmitri Svişev “Avro-2016”-nı tərk edən Rusiyanın futbol üzrə yığmasını buraxmağı təklif edib. 

Oxu.Az xəbər verir ki, onun sözlərini “R-Sport” sitat gətirib. 

“Hər şey gözlənilən idi. Sadəcə, hamı möcüzəyə inanırdı, möcüzə isə olmadı. Görünür, möcüzə yoxdur. Hər şey məntiqi sona gəlib çatdı – biz evə gedirik. Deyiləsi söz yoxdur. Hər şeyi əsaslı şəkildə dəyişmək lazımdır. Hamını buraxıb və hər şeyi təzə səhifədən başlamaq lazımdır. Hesabat verməyin mənası yoxdur”, - Svişev bəyan edib. 

İyunun 20-də Rusiyanın futbol üzrə yığması Tuluzada Uelsə 0:3 hesabı ilə məğlub olub və bir xal ilə B qrupunda son pillədə qalıb. Bununla da “Avro-2016”-nı tərk edib. Uelslilər altı xal yığaraq birinci olublar, ikinci yerdə ingilislər (5 xal), üçüncü yerdə isə slovaklardır (4 xal). 

0
15