Neft Fondu banklara 50 milyon dollar satdı

Neft Fondu banklara 50 milyon dollar satdı

Bu vəsait 28 kommersiya bankına satılıb.

Bu gün Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) növbəti valyuta hərracını keçirib. 

SOFAZ-dan Oxu.Az-a verilən məlumata görə, hərraca 50 mln. ABŞ dolları məbləğində vəsait çıxarılıb və bu, 28 kommersiya bankına satılıb.

Fond bəyan edir ki, il ərzində hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.

0
22