Aktyor böyrək çatışmazlığından əziyyət çəkir

Aktyor böyrək çatışmazlığından əziyyət çəkir

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının aparıcı aktyoru , fəxri mədəniyyət işçisi Rəhim Rəhimovun səhhətində ciddi problem aşkarlanıb. Lent.az-ın məlumatına görə, aktyor xeyli müddətdir ki , böyrək çatışmazlığı və xroniki qlomerulonefritin kəskinləşməsi xəstəliyindən əziyyət çəkir. Son vaxtlar R. Rəhimovun xəstəliyi daha da kəskinləşdiyi üçün həkimlər təcili böyrək köçürülmə əməliyyatını vacib hesab edirlər. Bu əməliyyat böyük vəsait tələb edir. Hər iki böyrək funksiyasını yetərincə yerinə yetirə bilmədiyi üçün qanda kreotin miqdarı artmaqda davam edir. Ona görə də aktyorun təcili əməliyyata ehtiyacı var.

R. Rəhimovun müalicəsinə yardım etmək üçün Kapital bankda hesaa açılıb.

Benefisiarın adı : RƏHİM RƏHİMOV MƏMMƏD HÜSEYN

Bank Kapital-ı seçib kodu bura yollayın:

Hesab : AZ19AIIB41010019440036391118

VÖEN : 9900003611

0
21