Rusiya yığmasının baş məşqçisi istefa verdi

Rusiya yığmasının baş məşqçisi istefa verdi

Rusiya millisinin baş məşqçisi Leonid Slutski istefa verib. Apasport.az saytının məlumatına görə, o, Uelslə dünənki qarşılaşmadan sonra bu qərara gəldiyini açıqlayıb.

Qrup mərhələsində keçirdiyi 3 oyunda cəmi 1 xal toplayaraq Avropa çempionatı ilə erkən vidalaşan şimal qonşularımız son turda Uelsə 0:3 hesabı ilə məğlub olublar. Matçdan sonra Slutski postundan ayrıldığını və komandada baş məşqçi dəyişikliyinin qaçılmaz olduğunu bildirib: “Bu nəticələrdən sonra əsas məsələ baş məşqçi dəyişikliyi olmalıdı. Növbəti turnirə başqa bir müətəxəssislə hazırlaşmaq ölkə futbolunun inkişafı üçün daha faydalı olar. Yeni çalışdırıcının kimliyini isə Rusiya Futbol İttifaqı müəyyənləşdirməlidi”.

Slutski Uelsə böyükhesablı yenilgiyə görə azarkeşlərdən üzr istəyib: “Çox zəif oynadıq və məğlubiyyətə layiq idik. 90 dəqiqə ərzində zəif çıxış etdik”.

Qeyd edək ki, B qrupunun ilk turunda İngiltərə ilə heç-heçə (1:1) edən ruslar növbəti görüşdə Slovakiyaya (1:2) yenilmişdilər.

0
20