Bakı-Sumqayıt yolunda qəza: Ölən var – VİDEO

Bakı-Sumqayıt yolunda qəza: Ölən var – VİDEO

Avtomobil aşıb.

Bakı-Sumqayıt şosesində bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Qaradağ rayon sakini, 52 yaşlı Məhərrəmov Bəxtiyar Məmmədağa oğlu idarə etdiyi “VAZ 2106” markalı avtomobili ilə beton arakəsməyə çırpılıb.

Nəticədə avtomobil aşıb. Bundan sonra deformasiyaya uğrayan avtomobilin sürücüsü Bəxtiyar Məhərrəmov dünyasını dəyişib.

Onun yanında sərnişin qismində əyləşən həyat yoldaşı isə ağır bədən xəsarətləri alıb.

0
16