Pianoçu okeandakı buz parçasının üzərində çıxış etdi - VİDEO

Pianoçu okeandakı buz parçasının üzərində çıxış etdi - VİDEO

O, insanları “Arktikanı müdafiə edək” layihəsinə dəstək olmağa dəvət edib.

İtaliyalı bəstəkar Lyudoviko Eynaudi Şimal Buzlu Okeanda süni buz parçasının üzərində çıxış edib.

Oxu.Az xəbər verir ki, o, “Greenpeace” (“Arktikanı müdafiə edək”) layihəsinə dəstək olaraq royalda “Elegy For The Arctic” (“Arktika üçün elegiya”) bəstəsini ifa edib. 

Çıxışın videosu Eynaudinin rəsmi “YouTube” kanalında yayımlanıb.

0
30