“The Guardian” Bakıda keçirilən “Formula-1” yarışlarını uğurlu adlandırıb

“The Guardian” Bakıda keçirilən “Formula-1” yarışlarını uğurlu adlandırıb

“Ümumilikdə, yarış uğurlu alındı”.

Nüfuzlu “The Guardian” nəşri iyunun 17-19-də Bakıda keçirilən “Formula-1” Avropa Qran Prisi barədə məqalə təqdim edib. 

Oxu.Az qəzetin saytına istinadən xəbər verir ki, “Bakıda öyrəndiyimiz 5 şey” adlı məqalədə “Formula-1” yarışlarının gedişatında komandaların qarşılaşdığı əsas hadisələrin təhlili verilir.  

“Əgər bütün siyasəti bir kənara qoysaq, Bakıdakı yarışlar uğurlu alınıb. Doğrudur, təhlükəsizlik avtomobilinin yolda tez-tez peyda olduğu GP2 yarışlarından fərqli olaraq bazar günü hadisələrlə zəngin deyildi. Ümumilikdə, yarış uğurlu alındı”, - məqalədə deyilir. 

0
20