Azərbaycan Milli Avtomobil Klubu “Yol Təhlükəsizliyi Praktikada” tədbirini keçirdi

Azərbaycan Milli Avtomobil Klubu “Yol Təhlükəsizliyi Praktikada” tədbirini keçirdi

Tədbirdə Vüsal Rəcəbli çıxış edib.

” otelində “Yol Təhlükəsizliyi Praktikada” adlı tədbir keçirilib.

Tədbir qurumun iki yeni yol hərəkəti təhlükəsizliyi layihəsinin – “Bakı Şəhəri Taksi Xidmətlərinin İdarə Heyəti və Sürücüləri üçün Təlimlər” və “EASST (Təhlükəsiz və Davamlı Nəqliyyat üçün Şərq Alyansı) Yol Hərəkəti Təhlükəsizliyi Tədris Paketi” təlim və maarifləndirmə proqramlarının uğurlu başlanğıcına həsr olunub. 

Qeyd olunan layihələr AMAK tərəfindən uzunmüddətli strateji hədəf kimi təyin edilib və yol hərəkəti təhlükəsizliyi üzrə ictimai sayıqlıq, maarifləndirmə və təlim proqramları vasitəsilə artırılması çərçivəsində həyata keçirilir. 

Tədbirdə Azərbaycan Milli Avtomobil Klubunun prezidenti Vüsal Rəcəbli çıxış edərək bildirib: 

“Bu gün Azərbaycan regionun lider dövlətidir və daima inkişaf edən yol infrastrukturuna malikdir. Lakin yol qəzaları üzrə aparılan statistika göstərir ki, bu sahədə mövcud təhlükəsizlik məsələləri hələ də ciddi diqqət tələb edir.

Biz dünya ictimaiyyətinin ölkəmizin və regionun daha keyfiyyətli sabahı naminə verdiyi və gələcəkdə də verəcək dəstəyinə inanırıq. Eyni zamanda inanırıq ki, ancaq birlikdə bu cür uğurlu layihələr vasitəsilə gələcək nəsillər üçün daha təhlükəsiz yolları miras qoymaq olar. 

AMAK adından danışarkən, eyni zamanda, BMT-in Yol Hərəkəti Təhlükəsizliyi naminə “Onillik Fəaliyyət” layihəsinə dərin rəğbətimizi bildirmək istərdim. 2011-2020-ci illəri əhatə edən bu layihənin BMT-in Yol Hərəkəti Təhlükəsizliyi sahəsinə verə biləcək töhfələrinə ürəkdən inanırıq”.

Tədbirdə Beynəlxalq Avtomobil Federasiyasının prezidenti (FİA) və BMT Baş katibinin Yol hərəkəti təhlükəsizliyi üzrə xüsusi nümayəndəsi Jan Todt, Milli Məclisin üzvü, Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Hüseynbala Mirələmov, nazirliklər və dövlət agentliklərinin nümayəndələri, Bakıda fəaliyyət göstərən diplomatik nümayəndəliklər, eləcə də bankların, sığorta şirkətlərinin, avtomobil dilerlərin nümayəndələri, avtomobil ictimaiyyəti və media nümayəndələri iştirak ediblər.

Tədbir zamanı Azərbaycan Milli Avtomobil Klubunun prezidenti Vüsal Rəcəbli, BMT Baş katibinin Yol hərəkəti təhlükəsizliyi üzrə xüsusi nümayəndəsi Jan Todt, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalov, FİA Fondunun əməkdaşlıqlar direktoru, xanım Rita Cuypers, EASST-in (Təhlükəsiz və Davamlı Nəqliyyat üçün Şərq Alyansı) inkişaf və təhsil direktoru Dmitri Sambuk məruzələrlə çıxış etdilər. 

“Bakı Şəhəri Taksi Xidmələrinin İdarə Heyəti və Sürücüləri üçün Təlimlər” layihəsi paytaxtda fəaliyyət göstərən bir sıra taksi xidmətlərinin idarə heyəti və sürücüləri üçün yol hərəkəti təhlükəsizliyi üzrə təlimlər, təhlükəsizlik kəmərindən istifadə, yol-hərəkət qaydalarına riayətetmə və eləcə də sərnişinlərin taksidən istifadə etdikləri zaman təhlükəsizlik qaydalarına riayət etməyə çağıran xüsusi təlim proqramlarını təqdim edir.

Layihənin ilkin mərhələsində 200 nəfər iştirak edəcək. 

EASST (Təhlükəsiz və Davamlı Nəqliyyat üçün Şərq Alyansı) Yol Hərəkəti Təhlükəsizliyi Tədris Paketi. EASST təşkilatının təqdim etdiyi Yol Hərəkəti Təhlükəsizliyi Tədris Paketinin köməyi ilə məktəbli uşaqlar arasında qeyd olunan tədris layihəsinin həyata keçirilməsi – paketin Azərbaycan və rus dillərinə tərcümə edilib, adaptasiya edilməsini və yaş qrupları üzrə müəyyən edilmiş məktəblilər arasında tədris edilməsini nəzərdə tutur. 

Layihə ilkin olaraq pilot Bakı məktəblərində, sonra isə Azərbaycanın digər əyalətlərində həyata keçiriləcək. Layihənin ilkin mərhələsində 800 məktəbli iştirak edəcək.

0
20