23 yaşlı Fatimənin intiharının səbəbi açıqlandı

23 yaşlı Fatimənin intiharının səbəbi açıqlandı

Təfərrüatlar məlum olub.

Bakının Sabunçu rayon sakini 23 yaşlı Fatimə Nəcəfovanın intihar etməsinin bəzi təfərrüatları məlum olub.

Oxu.Az big.az-a istinadən xəbər verir ki, mərhumun adının açıqlanmasını istəməyən qonşusunun bildirdiyinə görə, F.Nəcəfova həyat yoldaşının başqa qadınla qeyri-rəsmi nikahda yaşadığını öyrəndikdən sonra günlərlə depressiyada olub: 

“Oğlanla qız bir-birini sevmədən ailə həyatı qurublar. Ailələr arasında razılaşma ilə evləniblər. Oğlanın məşuqəsi var idi, evə günlərlə gəlmirdi.

Fatimə çox qısqanc idi. Oğlanın məşuqəsi deyirdi ki, “ərin məni sevir, mənim yanımdadır”. Qızı bezdirdilər, o da özünü öldürdü”, - deyə qonşu bildirib. 

Xatırladaq ki, Maştağa qəsəbəsi A.Ə.Kərimov küçəsində yaşayan 23 yaşlı Fatimə Nəcəfova özünü evin hamam otağında asaraq intihar edib. Gənc qadının meyitini ailə üzvləri aşkarlayıb. Ailə üzvləri də təsdiq edib ki, hadisə qısqanclıq zəminində olub. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

0
12