ABŞ Senatı silah dövriyyəsinə nəzarəti sərtləşdirməyəcək

ABŞ Senatı silah dövriyyəsinə nəzarəti sərtləşdirməyəcək

47 senator qanun layihəsinin lehinə səs verib.

ABŞ Senatı odlu silaha nəzarətin sərtləşdirilməsinə dair qanun layihəsini qəbul etməyib.

Orlandoda gecə klubunda kütləvi qətldən sonra irəli sürülən təşəbbüsdə gələcəkdə silah sahiblərinin ciddi yoxlanması nəzərdə tutulurdu. 

Oxu.Az BBC-yə istinadən xəbər verir ki, qanun layihəsinin Respublikaçıların üstünlük təşkil etdikləri Yuxarı Palatada təsdiqlənməsi üçün 60 səs tələb edilirdi, amma qanun layihəsinin lehinə yalnız 47 senator səs verib, 53 nəfər isə əleyhinə səs verib. 

Gələn həftə Senat silaha nəzarətə dair digər qanun layihələrini nəzərdən keçirəcək, bura terrorizm ilə əlaqədə şübhəli bilinən şəxslərə silah satışına qadağa da daxildir. 

ABŞ-da silah dövriyyəsinə nəzarətin sərtləşdirilməsinə dair müzakirələr Floridada “Pulse” gecə klubunda 29 yaşlı radikal islamçı Ömər Mətinin üç saat ərzində 49 nəfəri öldürdükdən sonra yenidən gündəmə gəlib. 

Keçən cümə günü senator-demokrat Kris Merfi təxminən 15 saat ərzində öz həmkarlarını terrorizmlə əlaqədə şübhəli bilinən şəxslərə silah satışının qadağan edilməsinə dair qanun layihəsinin qəbul edilməsinin labüd olduğuna inandırmağa çalışıb. 

0
19