Yaponiyada torpaq sürüşməsi: 2 ölü, 3 itkin

Yaponiyada torpaq sürüşməsi: 2 ölü, 3 itkin

Yaponiyanın Kumamoto prefekturasında torpaq sürüşməsi nəticəsində 2 nəfər ölüb, 3 nəfər itkin düşüb,.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, ölkənin cənub-qərbində yağan güclü yağış daşqına və torpaq sürüşməsinə səbəb olub.

Bəzi bölgələrdə gün ərzində 100 mm yağış yağacağı gözlənilir. Yerli hökumət 38 min yerli sakinə evlərini tərk etməyi tövsiyə edib. Meteoroloqların proqnozlarına əsasən Yaponiyanın cənub-qərbində güclü yağışlar iyunun 22-dək davam edəcək.

Apreldə Kumamoto prefekturasında baş verən güclü zəlzələdən sonra müvəqqəti sığınacaq məntəqələrində evlərini itirən 7 minədək insan yaşayır. Xatırladaq ki, aprel ayında Kumamotoda baş verən yeraltı təkanlar 49 nəfərin həyatına son qoyub.

0
17