ABŞ Senatı silah satışına dair düzəlişi qəbul etmədi

ABŞ Senatı silah satışına dair düzəlişi qəbul etmədi

ABŞ Senatı silah satışı zamanı yoxlamaların sərtləşdirilməsinə dair düzəlişi qəbul etməyib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, sənədin qəbul olunmasının lehinə 53 senator, əleyhinə isə 47 senator səs verib.  Beləliklə, sənəd lazım olan 60 səs toplamayıb.

 

Silah satışına dair müvafiq düzəlişlərin qəbul edilməsini Ayova ştatı və Respublikaçılar partiyasının təmsilçisi Çarlz Qressli təklif edib.

 

ABŞ Senatı döyüş silahının satışına qadağa tətbiq olunmasına dair Barak Obama administrasiyasının ölkədə zorakılıq səviyyəsini aşağı salınması məqsədilə təklif etdiyi düzəliş və qanun layihələrini dəfələrlə qəbul etməyib.

 

Xatırladaq ki, bu yaxınlarda ABŞ-ın Florida ştatının Orlando şəhərində  gecə klubunda törədilən terror aktı nəticəsində 49 nəfər ölüb, 53 nəfər yaralanıb. Bu, ABŞ-da 2001-ci il 11 sentyabr terror hücumlarından sonra baş vermiş ən qanlı kütləvi qətliamdır.

0
18