Selfi daha bir can aldı

Selfi daha bir can aldı

Britaniya vətəndaşı selfi çəkdirərkən əlində tutduğu selfi çubuğunu ildırım vurub.

Lent.az-ın "musavat.com"-a istinadən məlumatına görə, ildırım vuran adam yerindəcə ölüb.

 

Uelsin cənubunda yerləşən Brekon-Bikons parkında baş verən hadisə zamanı qasırğalı havada bir qrup şəxs dağın başında selfi çəkdirirdi. Həmin gün hadisə yerində iki nəfər ölüb. İkinci şəxsin ölüm səbəbi dəqiqləşdirilir. Daha iki nəfər travma alaraq xəstəxanaya çatdırılıb. Təhlükəsiz selfi çəkdirmək problemi artıq dünyanın müzakirə obyektinə çevrilib.

 

Rusiya DİN-i hətta bu haqda məktəblilər üçün yaddaş kitabçaları çap etməyə başlayıb.

0
12