Göyçayda ağır yol qəzası – FOTO

Göyçayda ağır yol qəzası – FOTO

Ana və oğlu ağır xəsarət alıb.

Göyçay rayonunda iki nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərinə görə, hadisə bu gün saat 12:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 220-ci kilometrliyində, Göyçay şəhəri ərazisində qeydə alınıb.

68-BA-491 dövlət nömrə nişanlı, "VAZ 21011" markalı minik avtomobili qarşı tərəfdən gələn 99-CH-440 dövlət nömrə nişanlı, "Audi" markalı minik avtomobili ilə toqquşub.

Hadisə zamanı hər iki avtomobil yoldan çıxaraq hasara çırpılıb. "VAZ 21011" markalı avtomobilin sürücüsü, 1977-ci il təvəllüdlü Manafov Vüsal Rafael oğlu və anası, 1955-ci il təvəllüdlü Manafova Gülburə Məmməd qızı ağır bədən xəsarətləri ilə Göyçay Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

0
23
Bot