“Qarabağ”ın ilk matçının vaxtı açıqlandı

“Qarabağ”ın ilk matçının vaxtı açıqlandı

Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Qarabağ" Lüksemburq təmsilçisi "Düdelanj"la qarşılaşacaq.

 

Apasport.az saytının məlumatına görə, təmsilçimiz ilk oyununu azarkeşləri önündə keçirəcək.

 

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma 12 iyul tarixində, saat 21:00-da start götürəcək.

 

Qeyd edək ki, tərəflər arasında cavab matçı bir həftə sonra, iyulun 19-da keçiriləcək.

0
12