AÇ-2016: İngiltərə və Uels 1/8 finalda

AÇ-2016: İngiltərə və Uels 1/8 finalda

Avro-2016-da  qrup mərhələsində III turun oyunları davam edir.

APA-nın məlumatına görə, bu gün daha iki oyun keçirilib.

“B” qrupunda Rusiya Uelslə qarşılaşıb. Oyun uelslilərin böyük hesablı qələbəsi ilə başa çatıb 3:0. Üç oyundan  6 xal qazanan Uels yığması qrupda 1-ci yeri tutaraq 1/8 finala vəsiqə qazanıb.

İngiltərə və Slovakiya matçında isə qolsuz bərabərlik qeydə alınıb. Beləliklə,  İngiltərə yığması 5 xal toplayaraq 2-ci pillədən play-off mərhələsinə adlayıb.

Slovakiya 4 xalla qrupda 3-cü yeri tutub. Rusiya isə AVRO-nu tərk edəcək.

Məlum olduğu kimi, AVRO-2016-da ən yaxşı nəticə göstərən dörd qrup üçüncüsü 1/8 finala vəsiqə qazana biləcək. Beləliklə, Slovakiyanın  play-off mərhələsinə yüksəlməsi digər qruplardakı mübarizənin nəticələrindən asılı olacaq.

Avropa çempionatı - 2016

20 iyun

B qrupu

Rusiya - Uels - 0:3

Qollar: Remsi, 11, Teylor, 20, Beyl, 67

Slovakiya – İngiltərə - 0:0

B qrupu

1.

Uels

3

2

0

1

6-3

6

2.

İngiltərə

3

1

2

0

3-2

5

3.

Slovakiya

3

1

1

1

3-3

4

4.

Rusiya

3

0

1

2

2-6

1

0
23