İdmançımızın adı daha bir dopinq siyahısında

İdmançımızın adı daha bir dopinq siyahısında

Beynəlxalq Ağırlıqqaldırma Federasiyası daha bir turnirdə dopinq testdən keçə bilməyən idmançıların siyahısını açıqlayıb.

Apasport.az-ın qurumun saytına istinadən məlumatına görə, 2008-cil Pekin Olimpiadasında çıxış etmiş atletlərdən götürülən analizlərin yenidən müayinəsi zamanı qadağan olunmuş preparatlardan istifadə etdiyi müəyyənləşən idmançıların siyahısında Azərbaycan təmsilçisi İntiqam Zairovun da adı var.

Həmin turnirdə 85 kq çəki dərəcəsində çıxış etmiş Zairov ümumilikdə 361 kq çəkini ram edərək 9-cu olmuşdu.

Təmsilçimizdən başqa siyahıda Pekin-2008-in daha 6 iştirakçısının – Hripsime Xurşudyan (Ermənistan), Aleksandru Dudoqlo (Moldova), Nadejda Yevstuxina (Rusiya), Nurcan Taylan (Türkiyə), Marina Şainova (Rusiya) və İlya İlyinin (Qazaxıstan) də adı var.

Qeyd edək ki, daha əvvəl ötən ilin noyabrında ABŞ-ın Hyuston şəhərində keçirilmiş dünya çempionatında İntiqam Zairovun da arasında olduğu dopinq testdən keçə bilməyən millimizin 5 üzvü 2023-cü ilə kimi cəzalandırılmışdı.

0
20