Rustavidə 18 məzun qidadan zəhərləndi

Rustavidə 18 məzun qidadan zəhərləndi

Rustavidə 24 nömrəli məktəbin 18 məzunu yoluxucu bağırsaq infeksiyası diaqnozu ilə şəhərdəki mərkəzi xəstəxanaya yerləşdirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, hadisə məzunların təşkil etdiyi ziyafət tədbiri zamanı baş verib. Tiflis restoranlarının birində ziyafət zamanı masaya düzülən müxtəlif yeməkləri yedikdən sonra gənclər zəhərlənərək xəstəxanaya gətiriliblər.

Hazırda 18 məzundan 7-si evə buraxılıb. Həkimlərin bildirdiyinə görə, xəstələr yüksək hərarət, qarın və mədə nahiyəsində ağrılardan şikayətlənirlər.

Xəstəxananın şöbə müdiri Nana Qelaşvili xəstələrin ağır vəziyyətdə olduğunu bildirib. Hazırda tibb müəssisəsində 11 nəfərin müalicəsi davam etdirilir.

0
13