UEFA Xorvatiyanı 100 min avro məbləğində cərimələdi

UEFA Xorvatiyanı 100 min avro məbləğində cərimələdi

Müvafiq məlumat təşkilatın saytında yerləşdirilib.

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Xorvatiya Futbol Federasiyasını cəzalandırıb.

Oxu.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb xorvat azərkeşlərinin Fransada keçirilən Avropa çempionatının qrup mərhələsi çərçivəsində Çexiya ilə oyun zamanı iğtişaşlar törətməsi olub. 

Xatırladaq ki, oyun 2:2 hesablı bərabəlik ilə yekunlaşmışdır.

Qərara əsasən Xorvatiya Futbol Federasiyası 100 min avro məbləğində cərimə olunub.

0
11